Home » 2015 » İyun » 6 » 200 nəfərin eyni anda danışa biləcəyi videoçat yaradıldı
6:28 PM
200 nəfərin eyni anda danışa biləcəyi videoçat yaradıldı

Yaponiyanın "Line Corp." şirkəti "Android" üçün 200 nəfərədək şəxsin iştirakı ilə eyni zamanda danışmaq imkanı yaradan əlavə yaradıb.
 
Lent.az-ın "The Wall Street Journal" nəşrinə istinadən məlumatına görə, bu əlavə bir növ "Skype", "Google Hangouts" və "KakaoTalk" proqramlarına bənzəyir və videoçat yaratmağa və pulsuz zənglər etməyə imkan verir. Ancaq bu proqramın əvvəlkilərdən fərqi burada olan iştirakçıların sayının məhdudiyyətsiz olmasıdır.
 
Yaponiyalı ixtiraçılar bu əlavəni "Popcorn Buzz" adlandırıb və bu əlavə artıq bütün dünyada "Android" istifadəçiləri üçün əlçatandır. Proqram 18 dili dəstəkləyir.
 
Şirkətdən bildirirlər ki, gələcəkdə bu əlavənin "iPhone" üçün də buraxılması planlaşdırılır.
Baxış Sayı: 379 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar