Home » 2015 » İyun » 06

göstərilən “Kawasaki Ninja H2R” markalı motosiklet super avtomobillə yarışıb.
Nəfəs kəsən yarışdan çəkilən görüntüləri təqdim edirik. (bizimyol.info)
Baxış Sayı: 440 | Paylaşan: Elvin07 | Vaxt: 06-06-2015 | Şərhlər (0)

Hindistan və ABŞ alimləri tərəfindən brauzer tarixçəsinə və sosial şəbəkələrdə aktivliyə əsaslanan parolları əvəz edəcək yeni autentifikasiya sistemi hazırlanıb. Sistem sayəsində smartfonda bu və ya digər xidmətdən, məsələn, mobil pul kisəsindən istifadə etmək üçün bir neçə sualı cavablandırmaq kifayət edəcək. Mincom.gov.az xəbər verir ki, bütün suallar istifadəçinin əvvəlki aktivliyi ilə əlaqədar olacaq. Məsələn, servis bu gün səhər kimdən SMS-bildirişin alınmasını soruşa bilər. Sistemin soruşduğu informasiya unikal və qeyri-adidir ki, bu da saxtalaşdırmanı çətinləşdirir. "ActivPass" adlanan servisi artıq 70 nəfər sınaqdan keçirib. Autentifikasiyanın dəqiqliyi 95 faizə çatır. Bunun üçün istifadəçilərin "Facebook" sosial şəbəkəsində aktivliyi haqqında məlumatlardan, brauzerdə baxış tarixçəsindən, bildirişlər və smartfonlarda həyata keçirilən digər əməliyyatlardan ... Davamını oxu

Baxış Sayı: 448 | Paylaşan: Elvin07 | Vaxt: 06-06-2015 | Şərhlər (0)


Movqe.az xəbər verir ki, istifadəçilər "Apple Store"da barmaq izlərini skan edən, görünüşcə "iPhone 5C"a bənzəyən naməlum modelin fotolarını aşkarlayıblar.
Sözügedən şəkillər bir neçə saatdan sonra silinib və onun yerinə adi "iPhone 5C"nin fotoları yerləşdirilib. Bir müddət öncə "Apple"ın ənənəvi illik konfransını sentyabrda yox, avqustda keçirəcəyi ilə bağlı şayiələr yayılmışdı. Xatırladaq ki, 2012-ci ildə "iPhone 5"in təqdimatından sonra növbəti il iki yeni model - 5C və 5S işıq üzü görmüşdü.
Məhz bu üç xəbərin əsasına qənaətə gəlmək olar ki, 2015-ci ilin son yay ayında yeni almalı smartfonu görə biləcəyik, lakin bu, "iPhone 7" yox, Apple iPhone 6C və iPhone 6S olacaq.
"iPhone"un 7-ci versiyasının 2016-cı ildə hazır olacağı güman edilir.
 

Baxış Sayı: 379 | Paylaşan: Elvin07 | Vaxt: 06-06-2015 | Şərhlər (0)

Yaponiyanın "Line Corp." şirkəti "Android" üçün 200 nəfərədək şəxsin iştirakı ilə eyni zamanda danışmaq imkanı yaradan əlavə yaradıb.
 
Lent.az-ın "The Wall Street Journal" nəşrinə istinadən məlumatına görə, bu əlavə bir növ "Skype", "Google Hangouts" və "KakaoTalk" proqramlarına bənzəyir və videoçat yaratmağa və pulsuz zənglər etməyə imkan verir. Ancaq bu proqramın əvvəlkilərdən fərqi burada olan iştirakçıların sayının məhdudiyyətsiz olmasıdır.
 
Yaponiyalı ixtiraçılar bu əlavəni "Popcorn Buzz" adlandırıb və bu əlavə artıq bütün dünyada "Android" istifadəçiləri üçün əlçatandır. Proqram 18 dili dəstəkləyir.
 
Şirkətdən bildirirlər ki, gələcəkdə bu əlavənin "iPhone" üçün də buraxılması planlaşdırılı ... Davamını oxu
Baxış Sayı: 377 | Paylaşan: Elvin07 | Vaxt: 06-06-2015 | Şərhlər (0)