Home » 2015 » İyun » 27 » “Lenovo” şirkəti fləşkart ölçüsündə “IdeaCenter Stick 300” adlı kompüterini təqdim edib
0:26 AM
“Lenovo” şirkəti fləşkart ölçüsündə “IdeaCenter Stick 300” adlı kompüterini təqdim edib

Çinin "Lenovo" şirkəti fləş-kart ölçüsündə "IdeaCenter Stick 300" qurğusunu təqdim edib. "IdeaCenter Stick 300" qurğusunu işlətmək üçün onu "HDMI" konnektoru ilə təchiz edilmiş monitora qoşmaq, həmçinin simsiz klaviatura və "maus" lazımdır.

IctNews saytına istinadən bildirilir ki, mikrokompüter dördnüvəli "Intel Atom Z3735F" prosessoru, 2 QB əməli və 32 QB daxili yaddaşla təchiz edilib. "IdeaCenter Stick 300" "Windows 8.1" əməliyyat sistemi (ƏS) ilə işləyir və tezliklə "Windows 10" ƏS-nə yenilənəcək. Qurğu, həmçinin "Wi-Fi 802.11 b/g/n" və "Bluetooth 4.0" standartlarını dəstəkləyir. Daxili dinamikin mövcudluğu qurğunun fərqləndirici xüsusiyyətidir.

Qurğu iyulda satışa çıxarılacaq. "Lenovo IdeaCenter Stick 300" qurğusunun dəyəri 129 dollar təşkil edəcək

 
Baxış Sayı: 461 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar