Home » 2015 » İyun » 14 » Planşetlərçün Sputnik Brauzeri təqdim edildi
10:24 PM
Planşetlərçün Sputnik Brauzeri təqdim edildi

Rusiyanın “Rostelekom” milli rabitə operatoruna məxsus “Sputnik” şirkəti "Android” və “iOS” əməliyyat sistemlərinin idarəetməsilə işləyən planşet kompüterlər üçün eyniadlı brauzer təqdim edib.
 
Bildirilir ki, proqram virus, spam, fırıldaqçılıq saytları və digər internet təhdidlərindən yüksək mühafizəsi ilə seçilir. Brauzer “uşaq” rejiminə malikdir ki, bunun da sayəsində valideynlər uşaqların arzuolunmaz kontentdən istifadəsini məhdudlaşdıra bilərlər.
 
“iPad” və “Android” sistemli planşetlər üçün nəzərdə tutulan brauzer şəbəkədə brauzer üçün adi axtarış, ayrı-ayrı səhifələrin seçilmişlərə əlavə olunması və sonradan onlara baxmaq üçün saxlanılma funksiyaları ilə yanaşı, “QR” kodları oxuya, tarixçəni saxlamadan “görünməz” rejimdə işləyə və sosial şəbəkələrdə, messencer və elektron poçtla linkləri paylaşa bilir.
 
Brauzerin əsas səhifəsində aptek axtarışı, “Mənim evim” sorğusu, dövlət xidmətləri haqqında informasiya və s. yer alıb. İstifadəçi arzusuna görə səhifəni öz maraq və tələblərinə uyğun qura bilər.
 
“Sputnik” brauzerini “Apple App Store” və “Google” əlavələr mağazasından yükləmək olar. Proqram pulsuz yayılır və əlavə ödənişlər (in-app purchases) tələb olunmur (ictnews.az)

Baxış Sayı: 513 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar