Home » 2015 » Avqust » 15 » “Samsung” ən tutumlu fləş daşıyıcısını təqdim etdi
12:41 PM
“Samsung” ən tutumlu fləş daşıyıcısını təqdim etdi

“Samsung Electronics” şirkəti Kaliforniyada keçirilmiş “Flash Memory Summit” tədbirində bazarda mövcud olan ən tutumlu (2.5 düym form--faktorunda 15 TB) sərtgövdəli daşıyıcını təqdim edib.
 
Müqayisə üçün, bazarda müvafiq form-faktora malik və “Western Digital” şirkəti tərəfindən buraxılmış ən tutumlu sərt diskin həcmi 10 TB-dır.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, 15.36 TB tutumunda “Samsung PM1633a”  daşıyıcısı korporativ sifarişçilər üçün, məlumat mərkəzlərində məlumatların saxlanılması sistemlərinə quraşdırılmaq üçün nəzərdə tutulub.
 
“Samsung” şirkəti “Flash Memory Summit” tədbirində 48 ədəd “PM1633a” daşıyıcısından ibarət server konfiqurasiyasını nümayiş etdirib. Konfiqurasiyanın ümumi tutumu 768 TB təşkil edib. (ictnews)

 
Baxış Sayı: 170 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar