Home » 2015 » Mart » 16 » Smartfon istifadəçiləri artıq daha rahat məlumat alacaq
10:10 PM
Smartfon istifadəçiləri artıq daha rahat məlumat alacaq

Çox vaxt sevdiyimiz brendlər və bizə lazım olan digər şirkətlər haqqında, endirimlər, kampaniyalar, vakansiyalar və digər yeniliklər barədə məlumatları əldə etmək istəyirik. Bu məlumatları əldə etmək üçün nə edirik? Mağazalara gedirik, internet və ya facebook səhifələrinə daxil oluruq. Lakin indi bu qədər vaxt itirməyə və əziyyət çəkməyə ehtiyac yoxdur. Yerli developerlər tərəfindən istehsal olunmuş Notify-Bakutətbiqi sizə bu məsələdə kömək olacaq. 
 
ARTIQ SİZ MƏLUMATI YOX, MƏLUMAT SİZİ TAPACAQ.
 
Notify proqramı sizin sevdiyiniz brendlərə üzv olaraq, sizə onların yenilikləri ilə tanış olmaq imkanı verir. Bunun üçün proqramda davamlı aktiv olmağa ehtiyac yoxdur. Belə ki, üzv olduğunuz brendlərdə hər hansı yenilik varsa, bu məlumat telefonunuza bildiriş formasında gəlir. Notify proqramının digər reklam növlərindən əsas fərqi ondan ibarətdir ki, SPAM deyil. Proqram istifadəçiləri yalnız öz maraq dairəsində olan brendlərdən bildirişlər alır və bunlar mətn, şəkil və video tərkibli olduğundan insanlarda daha dolğun məlumat yaradır. 
 
Proqramda azərbaycan, rus və ingilis dillərinin, interfeys mövzusu seçiminin mövcudluğu və bildiriş tənzimləmələrinin olması (bildiriş səsinin söndürülməsi və ya saat aralığının müəyyən olunması) ilə proqramın istifadəsi çox rahatdır. Mart ayının sonuna qədər isə proqramın iOS versiyasının dərc edilməsi planlaşdırılıb.
 
Tətbiqi yükləmək üçün link: http://bit.ly/android_notify.
 
 
Baxış Sayı: 392 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar