Home » 2015 » İyul » 10 » Telefonun sınmış ekranı öz-özünə düzələcək
2:00 PM
Telefonun sınmış ekranı öz-özünə düzələcək


Böyük britaniyalı kimyaçılar zaman keçdikcə bərpa olunmaq qabiliyyətinə malik yeni material ixtira ediblər. Təyyarənin qanadlarının təmiri üçün hazırlanmış innovativ texnologiya istənilən səthin bərpasına imkan verəcək.
Yeni texnologiyanı Dunkan Vassın rəhbərliyi altında Bristol Universitetində çalışan tədqiqatçılar hazırlayıblar. Alim bildirib ki, onun komandası insan dərisinin zədəni sağaltmaq qabiliyyətindən ilhamlanıb.
Qeyd edək ki, elektronika istehsalçıları artıq bir neçə ildir özü bərpa olunan materiallar üzərində təcrübə aparırlar. (ict.az)
 

Baxış Sayı: 441 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar