Home » Video » Music

Qaraqan - Külək Dəyirmanları

00:03:22
Views: 1 Added by: Elvin07 Elvin Tv 
Entry description:

Qaraqan - Külək Dəyirmanları. Bütün hüquqları qorunur. © 2014, MadHouse Community, MMC.İllər alır əlimizdən ən yaxın dostlarıÇevrilib görəndə oların tələlərin torların. Ən yaxın adamlar sancanda belinə qardaş bıçağı Onların vicdanı itib altında tozların. İzləri silir dəniz sahilindən, saatlar, Zaman acgöz bir məxluq hər kəsi yeyib rahatlarMənasız söhbətlər və aşağılayan zarafatlar. Çevirir içiboş dayaz şüşəyə onların gözlərinİllər alır əlimizdən ən təmiz qızları İllər dəyişir onları dəyişir bizləriVə uzun vaxtdı Tanrı qarşısında çökmürArtıq sağalıb yarası dizlərin və artır yarası qəlbin. Yarasa qəlbli və çaqqal ruhlu insanlar şəhəriBakı torpağından yığır bütün ilanlar zəhəri Və bu qədər ədalətsiz bir dünyada birdənGörürsən ən yaxınlar səni çirkli pula dəyişir Mən, qılıncım qələm, qalxanım kağız - küləy dəyirmanına qarşıMən bəlkə də dəli, çünki bu döyüş bitməyəcəy nə qədər dünya fırlanır. Qılıncım qələm, qalxanım kağız, Və bilirəm xeyri yo-ho-ox Bu döyüşün əvvəli sonu yo-oh-ox, Ohhoo! Ohhoo! Mənim etiraf otağım - səsyazma studiyası, mikrafonTanrıyla ən səmimi ünsiyyətim bu aqressiv flouAy Allah, bəlkə də bu hələ başlanğıcdı? Bilmirəm!Bəlkə də həppi endlə bitəcəy sonunda kino. Arlekino, biz marionet oyuncaq, iplər, saplarMaaş, ailə, kredit, faiz, iş vaxtımız, hesablarBizi idarə edir bu kapitalizm Bəlkə ondan almalıyıq intiqam insanlardan yox günahkar Yeni maska və üzlər altında da var yüz cür astarBu maskaradda taxılır üzlər üzə altı maska Mən isə bu məclisdə səhnədəyəm bir sifətləElə budur təhlükə! Elə budur ən qanlı üsyan!Burulğan tək həqiqət xəstəliyi yayılır şəhərəBelə getsə bir yalançı əclaf qalmaz səhərə İşıq nə qədər təkdi söndürün, qoymayın yayılsın. Bir neçə şam belə ölümcül silah və qələbə zülmətə. Mən, qılıncım qələm, qalxanım kağız - küləy dəyirmanına qarşıMən bəlkə də dəli, çünki bu döyüş bitməyəcəy nə qədər dünya fırlanır. Qılıncım qələm, qalxanım kağız, Və bilirəm xeyri yo-ho-oxBu döyüşün əvvəli sonu yo-oh-ox, Ohhoo! Ohhoo!Mən bilirdim ki, yolun sonuna qalacam artıq tək,Və qalxa biləcəy ən hündür dağlara üç-dörd adamMən qürur duyuram çiyin-çiyinə ruhu bərk əsgərlərHansımız yıxılsaq da olacaq qaldıran, dartanBu qarlı və tufanlı sıldırımlar arasındaBiz qalxırıq ən hündür nöqtəyə son damla qanlaVə artıq qalxıb duranda ən hündür zirvədəGörürük bura yamacdı və yuxarıda yüzlərlə dağlarSöz: QaraqanSəs uzlaşması: Nadir Nağd PulSəsyazma: MadHouse RecordsYükləmək üçün: http://bit.ly/QaraqanKDFacebook səhifəsi: http://facebook.com/QaraqanInstagram profili: http://instagram.com/QaraqanMusicTwitter hesabı: http://twitter.com/QaraqanMusic

Language: Русский
Video runtime: 00:03:22
Author: QARAQAN
Total comments: 0
avatar