Home » 2014 » Oktyabr » 14 » 1000 dollarlıq 3D printer
9:27 PM
1000 dollarlıq 3D printer

Son zamanlar mühəndislərin yaratdıqları müxtəlif növ 3D printerlər müxtəlif materiallardan böyük sayda məhsullar çap edə bilərlər. Amma 3D printeri kütləvi məhsula çevirmək üçün istehsalçılar bir neçə problemi həll etməlidirlər, onlardan biri son məhsulun qiymətinin azaldılmasıdır.

Arduino şirkəti bu problemi həll etmək üçün Sharebot şirkəti ilə ucuz 3D printer buraxacaq. Yeni qurğu Materia 101 adlanır.

Qurğunun ölçüləri təxminən 14x10 santimetr təşkil edir və müvafiq olaraq kiçik obyektləri çap edəcək.

Arduino şirkəti printerin iki versiyasını buraxmağı planlaşdırır. İstehsalçı 800 dollara sizə yalnız qurğunun komponentlərini göndərəcək və ev şəraitində özünüz 3D printeri quraşdıracaqsınız. Hazır Materia 101 satın almaq istəyirsinizsə, o zaman 200 dollar əlavə ödəmək lazımdır.

Baxış Sayı: 386 | Əlavə edən: cosqun07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar