Home » 2014 » Oktyabr » 13 » Android sistemli smartfon istifadəçilərinin nəzərinə
11:33 PM
Android sistemli smartfon istifadəçilərinin nəzərinə

Android platforması ilə işləyən qurğuların təxminən 45%-nə iki ciddi təhlükəsizlik probleminə malik brauzer quraşdırılıb. Mobil qurğuların təhlükəsizliyi ilə məşğul olan Lookout şirkəti bu cür məlumat paylaşıb.
 
Computerworld nəşri yazır ki, sözügedən boşluqlar son ayda aşkarlanıb. Bu boşluqlar cinayətkarlara bütün brauzerlərdə mövcud olan SOP təhlükəsizlik maneəsini keçməyə imkan verir. SOP bir domendən işə salınan skriptlərə başqa domenin məzmunu ilə qarşılıqlı əlaqədə olmağa vermir. Bu məhdudiyyət olmadıqda cinayətkarlar, məsələn, Facebook və ya Gmaildə görünməz freymə yüklənilən səhifələr yarada bilərlər ki, bu da istifadəçiləri aldatmaqla bu səhifələrə daxil olmağa vadar edir. Məqsəd istifadəçilərin loqin və parollarını ələ keçirməkdir.
 
 ICTnews  bildirir ki, bu boşluq Android platformasının 4.4 versiyasına kimi işləyən qurğularda mövcuddur. Problemin mahiyyəti ondan ibarətdir ki, həmin qurğularda AOSP (Android Open Source Project) brauzeri quraşdırılıb. Yeni cihazlarda bu boşluğa dayanıqlı Google Chrome brauzeri quraşdırılıb. Tədqiqatçıların araşdırmasına görə, AOSP brauzeri ilə işləyən Android qurğularının təxminən 45%-i istifadəçi üçün təhlükəli boşluqlara malikdirlər. Həm də Yaponiyada bu göstərici iki dəfə daha çoxdur, İspaniyada 73%, Böyük Britaniyada 51% təşkil edir.
 
Google artıq aşkar edilmiş boşluqlar üçün yeniləmə paketi buraxıb.
 
 
Google artıq aşkar edilmiş boşluqlar üçün yeniləmə paketi buraxıb.
Baxış Sayı: 435 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar