Home » 2015 » Yanvar » 27 » Apple - da zəiflik var ?!
11:04 PM
Apple - da zəiflik var ?!

ABŞ mərkəzli texnologiya nəhəngi Google-ın təhlükəsizlik qrupu Project Zero işlərinə davam edir. Təhlükəsizlik qrupu ötən günlərdə Microsoftun zəif nöqtəsini aşkarlamış düzəltməsi üçün firmaya 90 gün vaxt vermişdi. Ancaq verilən müddət ərzində problem aradan aldırılmadığı üçün ictimayətə açıqlanmışdı.
İndi isə eyni vəziyyət Apple ilə yaşanır. İddialara görə Project Zero qrupu oktyabr ayında OS X platformasında müxtəlif zəifliklər tapıb. Tapdığı problemləri Apple-a çatdıran qrup, daha sonra eyni Microsoftda olduğu kimi 90 gün gözləyib.
 
 
 
90 gün içərisində hər hansı yenilik  ala bilməyən qrup, nəticə olaraq yenə problemi elan edib. Apple isə vəziyyətə cavab verib.
 
 Apple, OS X 10.10.2 yenilənməsi ilə sözügedən problemi həll etməyə çalışır.
 
Microsoftla da eyni səbəb üzündən qarşı-qarşıya gələn Googledan isə mövzu ilə əlaqədar hələ bir şərh verilməyib.
Baxış Sayı: 416 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar