Home » 2014 » Oktyabr » 3 » Aral dənizi artıq yoxdur
3:36 PM
Aral dənizi artıq yoxdur

Nə vaxtsa dünyanın ən böyük göllərindən biri olan Aral dənizinin quruduğu kosmosdan çəkilmiş şəkillərdən də görünür.NASA-nın Terra satellite adlı peyki artıq uzun illərdir ki, xüsusi spektrometr (Moderate Resolution Imaging Spectroradiometer- MODIS) vasitəsilə Aral dənizinin fotoşəklini çəkir. Cihaz relyefin necə dəyişdiyini, konkret olaraq, su ilə dolu sahələrin necə quruduğunu və yoxa çıxdığını göstərir.
Və budur, 2014-cü ildə su hövzəsi, demək olar ki, yoxa çıxıb- yalnız onun dar zolağı və bir neçə kiçik göllər görünür. NASA mütəxəssisləri ekoloji fəlakətdə ötən əsrin 60-cı illərində səhra torpaqlarının irimiqyaslı meliorasiyasına icazə vermiş keçmiş SSRİ hökumətini günahlandırırlar.
Bu işlərin gedişində Aral gölünə axan Amu-Dərya və Sır-Dərya çaylarının suyu sahələrin suvarilması üçün istifadə edilib və eksperiment uğurlu nəticə verib, yəni oradakı torpaqlar indi kifayət qədər rütubətlidir. Bunu spektrometr qeydə alıb. Dəniz isə quruyub.
Baxış Sayı: 589 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar