Home » 2014 » Oktyabr » 11 » Azərbaycan millisi qapımıza zərbə vurmağı da bacarmad
11:32 PM
Azərbaycan millisi qapımıza zərbə vurmağı da bacarmad

“Futbolçuları tənqid etmək istəmirəm. Onlardan şikayətlənməyə haqqım yoxdur”. Qol.Az-ın məlumatına görə, bu sözləri İtaliya millisinin baş məşqçisi Antonio Konte yığmamızla oyundan (2:1) sonra keçirdiyi mətbuat konfransında deyib.

O, komandasının aşkar üstün olduğunu və Azərbaycan millisinin yalnız müdafiə olunduğunu bildirib:  “Azərbaycan bizim qapımıza  zərbə  endirməyi də bacarmadı. Rəqib təsadüfən vurulan qol sayəsində ümidləndi. Bir neçə qol vəziyyətlərindən yararlana bilmədik. Azərbaycan İtaliyaya müdafiədə “oturmağa” gəlmişdi. Rəqibin qol ümidi standard vəziyyətlər idi. Ancaq heyətərində yaxşı futbolçular da var. Şadam ki, ikinci qolu vurduq. Heç-heçə bizim üçün çox pis nticə olardı”.. 

Baxış Sayı: 391 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar