Home » 2014 » Oktyabr » 17 » “Bakı 2015” Dağ Velosipedi sınaq yarışı keçirəcək
0:41 AM
“Bakı 2015” Dağ Velosipedi sınaq yarışı keçirəcək

Bakı 2015 Avropa Oyunları bu həftəsonu Dağ Velosipedi sınaq yarışına ev sahibliyi edir. Bu, gələn il keçiriləcək möhtəşəm tədbirə hazırlıqlar seriyasının sonuncu mərhələsidir. Yarış Dağ Velosipedi Veloparkında keçiriləcək. Rəqiblər tamamilə yeni tras üzrə iki günlük təlim sessiyası keçdikdən sonra tədbir başlayacaq.
 
Ümumilikdə, 8 milləti təmsil edən 9 komanda 18 oktyabr şənbə günü həyəcanverici yarışda iştirak etməyə dəvət edilib. Bakı 2015-in İdman şöbəsinin direktoru cənab Pirs O’Kallahan demişdir: “Dağ Velosipedi sınaq yarışı ilk Avropa Oyunlarına doğru düzgün yolu tutduğumuza əmin olmaq üçün ideal fürsətdir. Yarış ilk öncə təhlükəsiz, lakin eyni zamanda sürətli və  idmançıları sınağa çəkəcək şəkildə tərtib olunub, odur ki, bizi iki məşq günü və bir yarış günü xeyli həyəcan və sürpriz gözləyir. Mükəmməl sınaq tədbiri üçün bütün komandaları Bakıda salamlamağı səbirsizliklə gözləyirik. Biz əminik ki, velosipedçilər Dağ Velosipedi Veloparkını çox bəyənəcəklər və tədbir bizim komandamızın təcrübəsi baxımından Avropa Oyunlarına hazırlaşmağımız üçün çox faydalı olacaq”.
 
Test tədbirində Azərbaycan, Gürcüstan, Yunanıstan, Livan, Rusiya, İsveçrə, Türkiyə və Ukrayna velosipedçiləri yarışacaqlar. Beynəlxalq Velosipedçilər İttifaqının təqvimində Yarışın C3 sinfinə aid olduğu qeyd edilib. Tədbir Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) tərəfindən Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birlikdə təşkil edilir. Sıçrayış, körpü,  bir zolaqlı yol, sıldırımlı eniş və yoxuş bölmələri kimi bir neçə texniki xüsusiyyəti olan tras 4.1 kilometr təşkil edir. Yarışda cəmi 29 idmançı öz ölkəsini təmsil edəcək.
 
Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq demişdir: “Bizim Dağ Velosipedi tədbirimiz ilk Avropa Oyunlarının önəmli məqamlarından biri olacaq, odur ki, bu həftəsonu keçiriləcək sınaq yarışı həm velosipedçilər, həm də bizim təşkilatın gələn ilə hazırlığı baxımından özünü sınaması üçün böyük fürsətdir. Bu il keçirilən Avropa Ritmik Gimnastika Çempionatı və Gənclərin Atletika üzə Avropa Olimpiya Sınaq Yarışlarından sonra, bu sınaq yarışı bizim sistem və strukturlarımızı bir daha test etməyə, bizə 2015-ci ilin iyun ayında qitənin ən yaxşı idmançılarına ev sahibliyi etmək üçün daha yaxşı hazırlaşmağa imkan verəcək”.  (bizimyol.info)
 
Bakı 2015-də, Velosiped idmanının 4 bölməsi üzrə Rio 2016 Olimpiya Oyunları üçün kvalifikasiyaya reytinq balları veriləcək.
Baxış Sayı: 409 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar