Home » 2014 » Oktyabr » 8 » Baku World Challenge avtomobil yarışına biletlərinin qiyməti açıqlandı
12:38 PM
Baku World Challenge avtomobil yarışına biletlərinin qiyməti açıqlandı

Paytaxta gətirilən avtomobillərin adları məlum olub.
 
Bakıda keçiriləcək Baku World Challenge (Blancpain Sprint Series) beynəlxalq avtomobil yarışlarının təqvimi və yarışlara biletin qiyməti açıqlanıb.
 
Bizimyol.info oxu.az -a istinadən xəbər verir ki, noyabrın 1-də baş tutacaq yarışda dünyanın ən sürətli 20 avtomobili iştirak edəcək. 
 
Bakıya yarış üçün gətirilən avtomobillərin arasında “McLaren MP4-12C”, “Mercedes SLS AMG”, “Aston Martin Vantage GT3 of Beechdean AMR”, “Porsche 997 GT3-R”, “Audi R8 LMS ultra”, “Corvette Z06” olacaq.
 
Biletlərin qiyməti 8, 10, 15, 20, 35 AZN, VİP biletlərin qiyməti isə 300-500 AZN təşkil edəcək.
 
1 Noyabr
 
Sərbəst yürüş 1: 09.00
Sərbəst yürüş 2: 11.30
Təsnifat yarışı: 16.00
 
2 Noyabr
 
Təsnifat yarışı: 09.15
Əsas yarış: 13.55   (bizimyol.info)
Baxış Sayı: 427 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar