Home » 2014 » Oktyabr » 13 » Batareya istehsalı tarixində inqilabi yenilik əldə olunub
11:43 PM
Batareya istehsalı tarixində inqilabi yenilik əldə olunub

Alimlər 5 dəqiqə ərzində enerji toplayan yeni elektrik batareyası hazırlayıb. Bu haqda Nanyan Texnologiya Universitetindən layihənin müəllifləri məlumat veriblər.
 
Onlar bildiriblər ki, batareyalar müxtəlif sahələrdə istifadə oluna bilər, ancaq elektrik nəqliyyat vasitələri sahibləri arasında bu batareyalara daha çox tələbat olacaq, çünki onlara quraşdırılmış batareyalar məhdud istismar müddətinə malikdir və uzun müddətli enerjidoldurma tələb edir.
 
"ICTnews" saytı bildirir ki, universitetin professoru Çen Syaodun deyib ki, geniş istifadə edilən litium-ion batareyalarından fərqli olaraq yeni batareyalar 20 ildən çox müddətdə istismar oluna bilər ki, bu da rəqibdən 10 dəfə yüksək göstəricidir.
 
Professor deyib ki, mobil telefon, planşet kompüterlər, elektrik avtomobillərində tətbiq olunan müasir akkumulyatorlar adətən 500 dəfə yenidən yüklənir ki, bu da təxminən 2-3 il istismar deməkdir.
Baxış Sayı: 398 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar