Home » 2014 » Oktyabr » 14 » Bu smartfonun unikal kamerasi var
9:22 PM
Bu smartfonun unikal kamerasi var

HTC şirkəti 13 meqapiksellik ikiqat işıqlandırıcı ilə ön kameraya malik olan Desire Eye smartfonunu nümayiş etdirib.

Bu model arxa paneldə 13 meqapiksellik ikiqat işıqlandırıcı ilə ön kameraya malikdir. Bu orta və yüksək qiymət kateqoriyalı aparatlar üçün tipikdir.

Aparatın ön tərəfində yüksək təsvir ölçülü kameranın quraşdırılması ona əsaslanır ki, 2013-dən 2015-ci ilədək internet-telefoniya xidmətlərindən (Skype və bu tip proqramlar) istifadə sayının illik 60-dan 160 milyonadək artımı gözlənilir.

HTC nümayəndələrinin fikrincə, kameranın keyfiyyətin artırılması və onunla işləmək rahatlığı bu növ rabitənin populyarlığını, həmçinin şelfi çəkilməsi üçün smartfonun cazibədarlığını yüksəldəcək.

Aparat Full HD (1920x1080 nöqtə) təsvir ölçülü 5,2 düymlük ekran, Snapdragon 801 prosessoru, 2 QB əməli və 16 QB daxili yaddaşla (sonuncunu microSD fləş kartı ilə genişləndirmək olar) təchiz edilib. Aparatın korpusu IPx7 standartını dəstəkləyir.

Baxış Sayı: 406 | Əlavə edən: cosqun07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar