Home » 2015 » Fevral » 10 » Corning, Safirdən Daha Dözümlü Ekran Materialı Hazırlayacaq
9:05 PM
Corning, Safirdən Daha Dözümlü Ekran Materialı Hazırlayacaq
Ağıllı telefon və tablet üçün cızılmalara qarşı dayanıqlı şüşələr çıxaran Corning, yeni bir material üzərində çalışdığını bildirib. 
 Corning Cam Texnologiyaları prezidenti Ceyms Clappinin "CNET"e verdiyi açılamada şirkətin safir materialına rəqib olacaq bir material hazırlığı içində olduqlarını ifadə edib.
 
Safir materialının cızılmalara qarşı olduqca dözümlü olduğunu deyən Clappin, bu materialın çox təəssüf ki, düşmələrə qarşı çox da dayanıqlı olmadığını vurğulayıb. "Project Phire" adı verilən materialın həm düşməyə qarşı həm də cızılmalara qarşı olduqca dayanıqlı olacağını dilə gətirən Clappin, "Project Phire"ın Safirə dayanıqlığına yaxın bir dayanıqlılıq performansı göstərəcəyini ifadə edib. Dünyanın ən möhkəm materiallarından biri olaraq göstərilən safir materialın şüşə materialından beş qat daha yüksək bir xərcə sahib olması Corningin yeni materialını daha maraqlı edə bilər.
 
Corning, bildiyiniz kimi ötən ilin noyabr ayında yeni şüşəsi "Gorilla Glass 4"-ü tanıtmışdı. "Gorilla Galss 3"-lə müqayisədə iki qat daha möhkəm olduğu bildirilən "Gorilla Glass 4", "Galaxy Note 4" və "Galaxy Alpha" modellərində istifadə edilmişdi. Corningin üzərində çalışdığı "Project Phire"ın önümüzdəki il bazara çıxarılacaq telefonlarda istifadə edilməsi gözlənilir.
Baxış Sayı: 428 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar