Home » 2014 » Oktyabr » 6 » Facebook-da yeni funksiya
8:37 PM
Facebook-da yeni funksiya

Dünyanın ən böyük sosial şəbəkəsi Facebook-da yeni funksiya yaradılacaq. Caspian.ucoz.com Milli.Az-a istinadən xəbər verir ki, istifadəçilər gələcəkdə Messenger vasitəsi ilə bir-birlərinə pul köçürə biləcəklər. 
Stenford Universitetinin tələbəsi Endryu Od iOS əməliyyat sistemi üçün hazırlanmış Messenger tətbiqindəki xüsusi alətləri aşkar etdikdən sonra belə bir qərara gəlib. 
Bu tətbiq vasitəsi ilə pul köçürülməsi alətinin şəkli bir neçə ay əvvəl də yayılmışdı. Sonrakı araşdırma isə tamamilə yeni proqramın olduğunu aşkar edib. 
Tələbənin sözlərinə görə, pul köçürmələri xəbər lentində əks olunmayacaq. Bu, istifadəçilər arasında ikitərəfli və çoxtərəfli şəkildə həyata keçiriləcək. (bizimyol.info)
Baxış Sayı: 376 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar