Home » 2015 » Yanvar » 22 » Facebook Messenger - dən ekskuliziv yenilik
9:35 PM
Facebook Messenger - dən ekskuliziv yenilik

“Facebook” sosial şəbəkəsi “WhatsApp”ı satın aldıqdan sonra mobil mesajlaşma bazarını ələ keçirsə də, özünün “Facebook Messenger”dən imtina etmək fikrində deyil. Əksinə, “Facebook Messenger”in inkişafı üçün inqilabi yenilik ediləcək.
 
Fins.az-ın xarici mətbuata istinadən məlumatına görə, “Facebook” şirkəti danışığı mətnə çevirən texnologiya üzərində işlərə başlayıb. Şirkətin ismarış sistemləri üzrə mütəxəssisi Devid Markus bildirib ki, bu yenilik “Facebook Messenger”-ə 2015-ci ilin sonunadək gələcək.
 
«Facebook»un bu yeniliyi şəbəkə istifadəçilərinə böyük fayda gətirəcək – şəbəkə vasitəsilə yazışmaların vaxtı qat-qat qısalacaq. Belə ki, indiyədək mesajlaşma zamanı yazılan mətnləri yığmaq lazım gəlməyəcək. Sadəcə danışmaq kifayət edəcək ki, həmin sözlər yazın formasına çevrilsin.
Baxış Sayı: 411 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar