Home » 2014 » Oktyabr » 9 » Facebook saxta “like”larla bağlı xəbərdarlıq etdi
0:36 AM
Facebook saxta “like”larla bağlı xəbərdarlıq etdi

Şirkət saxta “like”lar satan fırıldaqçılara qarşı qaldırılan məhkəmə iddiaları üzrə 2 milyard dollar (1,57 milyard AZN) həcmində təzminat aldığını bəyan edib.
 
Proseslərdən aşkar olub ki, bir çox şirkət satdığı malları olduğundan daha populyar göstərmək üçün “like”lar alıb.
 
Facebook bu siyasətin ziyan verə biləcəyini bildirir. Belə ki, saxta “like”lar nəticəsində şirkətlər şəbəkədəki pərəstişkarlarını itirə bilərlər.
 
"Platformamızdan yararlanan şirkət və istifadəçilər saxta yox, real əlaqə və nəticələr görmək istəyirlər. Buna görə biz saxta “like”lardan qətiyyətlə yaxa qurtarmaqda maraqlıyıq”.
 
Facebook öz bloqunda belə yazıb: “Həmin “like”ları təmin etmək üçün fırıldaqçılar saxta hesablar açır, bəzən isə başqalarının adından spam yaymaq məqsədilə mövcud hesabları sındırırlar”.
 
Sosial şəbəkənin məlumatına görə, saytların administratorlarına “10 min like alın” kimi təkliflər edilir.
 
Şirkət saxta “like” satışı üzrə sxemlərinin gəlir əldə etmək baxımından “cazibədarlığını azaltmağa” çalışdığını bildirir.
 
Məhkəmə iddiaları ilə yanaşı Facebook saxta “like”lara qarşı mübarizədə xüsusi alqoritmləri istifadə edir.
 
2012-ci ildə BBC müxbiri saxta "like”larla bağlı sxemləri araşdırarkən Facebook-da uydurma VirtualBagel şirkətinin səhifəsini açıb.
 
Sosial şəbəkədə pullu reklam sifariş edən Rory Cellan-Jones açdığı səhifəyə həqiqiliyi şübhə doğuran hesablardan çoxsaylı “like”lar daxil olub.(faktxeber.com)
Baxış Sayı: 387 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar