Home » 2015 » Fevral » 1 » Hansı telefon istifadəçiləri daha ağıllıdır?
11:17 AM
Hansı telefon istifadəçiləri daha ağıllıdır?

Masaçusetsda yerləşən araşdırma şirkəti olan "Chitika"nın etdiyi araşdırmaya əsasən, Alyaska, Montana və Vermont əyalətlərində iPhone istifadə edənlərin digər əyalətlərə nisbətdə daha çoxdur. Bu əyalətlərin başqa xüsusiyyəti isə bu şəxslərin ABŞ-ın ən yüksək universitet məzunu olmalarıdır.
 
Bu məlumatların nəticəsində məlum olub ki, iPhone istifadəçiləri daha ağıllıdırlar. "Chitika"ya görə iPhone istifadəçiləri yalnız zəka baxımından deyil, eyni zamanda maddi olaraq da Android istifadəçilərindən qabaqdadırlar.
 
Bu nəticəyə təkcə "Chitika" şirkəti gəlməyib. Belə ki, "Ladbrokes" şirkəti də etdiyi araşdırmada 1000 ağıllı telefon istifadəçisinə zəka testi tətbiq edib. iPhone istifadəçilərinin sürət və beyin funksiyalarının ölçüldüyü testdə 94 saniyə ilə ən sürətli nəticəyə çatan qrup olub. BlackBerry istifadəçilərinin isə 118 saniyə ilə ən ləng qrup olduğu müşahidə edilib. iPhone istifadəçilərindən sonra Google Nexus istifadəçiləri 99 saniyə ilə 2-ci sırada qərarlaşıblar. 
 
Testi ən sürətli tamamlayan cəmi bir Samsung istifadəçisi olsa da, Samsung istifadəçiləri ümumi sıralamada 103 saniyə ilə 3-cü ola biliblər. HTC istifadəçiləri isə eyni testi 105 saniyədə tamamlayaraq 4-cü sırada yer alıblar.
 
"Google"un Android cihazları ABŞ-da daha çox satılsa da, iPhone ABŞ-dakı ən məşhur ağıllı telefon xüsusiyyəti daşıyır. ABŞ-da ümumillikdə bütün ağıllı telefonların 42%-ni iPhone, qalanını isə Samsung modelləri təşkil edir (bizimyol)
Baxış Sayı: 354 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar