Home » 2015 » Aprel » 2 » HTC yeni smartfonu göstərdi
10:18 PM
HTC yeni smartfonu göstərdi

Tayvanın HTC şirkəti yeni bir E9 + smartfonunu təqdim edib. Tayvan istehsalçısının istehsal xəttində 2K formatli ekranla təchiz Edilmiş ilk telefon olub.
 
Cas  ICTNEWS -a istinadən bildirir ki, ekran 2560x1440 piksel təsvir ölçüsünə malikdir. Qurğu, həmçinin 2,0 QHS takt tezlikli səkkiznüvəli MediaTek MT 6795M prosessoru, 3 QB əməli yaddaş və 16 QB daxili yaddaşla təchiz edilib.
 
Əsas kameranın təsvir ölçüsü 20 meqapiksel təşkil edir, ön fotomodul HTC Ultrapixel texnologiyası üzrə hazırlanıb.
 
Aparat SİM Kartlar UCUN Iki yuvası, Wi-Fi 802.11 a / b / g / n / ac, Bluetooth 4.1, NFC və GPS simsiz rabitə modulları, BoomSound stereodinamikası və 2800 milliamper / saat tutumunda Akkumulyator batareyası ilə təchiz edilib.
Cihazın fiziki ölçüsü 156,5x76,5x7,49 mm çəkisi 150 qram təşkil edir. 7 Smartfon HTC Sense UI interfeysli Android 5.0 Lolipop əməliyyat sistemi ilə işləyir.
Qurğunun dəyəri, həmçinin Satışa çıxarılma tarixi açıqlanmayıb.

 

Baxış Sayı: 394 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar