Home » 2014 » Oktyabr » 28 » Ipad Air 2 teqdim olundu
9:00 PM
Ipad Air 2 teqdim olundu

ABŞ-ın Apple korporasiyasının Kupertino şəhərindəki baş ofisində şirkətin yeni məhsulları təqdim olunub.iPad Air 2 və iPad mini 3, habelə yenilənmiş iMac və Mac Mini göstəriliblər. 9,7 düym ekranlı iPad Air 2 planeşti əvvəlki nəsillə müqayisədə 18 faiz nazik və daha sürətlidir. Qalınlığı cəmi 6,1 mm olan iPad Air 2-dən danışarkən Apple-in baş direktoru Tim Kuk onu hazırda bazarda olan ən nazik planşet adlandırıb. Yeni planşet iPhone 6 və iPhone 6 Plus smartfonlarında olduğu kimi A8X prosessoru və M8 əlavə prosessoru ilə təchiz olunub.iPad Air 2-də barmaq izlərinin skaneri olan Touch ID var. Planşetin əsas kamerası 8 meqapiksel olsa da, sensorları gücləndirilib. Üstəlik, planşet Günəş şüaları altında daha yaxşı "oxunur". iPad Air 2 tünd boz, gümüşü və qızılı rənglərdə satışa çıxarılacaq. Satışda 16, 64 və 128 qeqabayt yaddaşlı planşetlər olacaq. iPad Air-in əvvəlki modelinin qiyməti bu gündən 100 dollar ucuzlaşır. ABŞ-dı iPad Air 2-nin satış qiyməti konfiqurasiyadan asılı olaraq 499-699 dollar arasındadır. iPad Mini 3 isə 399 dollara satılacaq.iMac-a gəldikdə - yeni model 14,7 milyon piksellik, 27 düymlük Retina displeylə təchiz olunub. Belə kompüter 2499 dollara satılacaq. Retina displeyi olmayan kompüter 1799 dollara, 21,5 düym ekranlı variant isə 1099 dollara satışa çıxarılacaq. Mac Mini-nin qiymətləri 499 dollardan başlayır.
Apple-in baş direktoru Tim Kukun dediyinə görə, iPhone 6 və iPhone 6 Plus smartfonları aylıq satış həcmlərinə görə rekord vurublar. iOs 8.1. əməliyyat sistemindən danışarkən T.Kuk bildirib ki, o, oktyabrın 20-də istifadəyə veriləcək.

Baxış Sayı: 497 | Əlavə edən: cosqun07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar