Home » 2014 » Oktyabr » 14 » LG F60 Smartfonunu teqdim etdi
9:31 PM
LG F60 Smartfonunu teqdim etdi

LG F Series smartfonlarının istehsal xəttinə LG F60 modeli əlavə edilib.

Bu qurğuda 800x480 piksel təsvir ölçülü 4,5 düymlük IPS ekran, 1.2 QHs takt tezlikli dördnüvəli Qualcomm Snapdragon 400 prosessoru, 5 meqapiksellik əsas və 1,3 meqapiksellik ön kameralarla təchiz olunub.

Bundan başqa, aparat 1 QB əməli yaddaş, 4 və ya 8 QB daxili yaddaş, 32 QB tutumadək microSD çıxarılıb taxılan daşıyıcıları üçün slot, Wi-Fi 802.11 b/g/n, Bluetooth 4.0, GPS/A-GPS və NFC modulları ilə təchiz olunub. Cihaz dördüncü nəsil (LTE) şəbəkəsinə qoşula bilir.

istehsalçı aparatın avtonom iş vaxtını açıqlamayıb, amma akkumulyator batareyasının tutumu 2100 milliamper/saat təşkil edir.
Smartfona Android 4.4.2 KitKat əməliyyat sistemi quraşdırılıb.

Məhsulun ölçüləri 127,5 x 67,9 x 10,6 mm, çəkisi 129,6 qram təşkil edir. Smartfon SIM kartlar üçün bir və iki slota malik versiyalar şəkildə satılacaq. Aparat qara və ağ rənglərdə əlçatan olacaq.

Aparatın qiyməti hələ ki bilinmir

Baxış Sayı: 382 | Əlavə edən: cosqun07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar