Home » 2014 » Oktyabr » 16 » Mark Zukerberq Facebook-un yeni funksiyası barədə danışdı
5:35 PM
Mark Zukerberq Facebook-un yeni funksiyası barədə danışdı

Bu gün biz Facebook-un yeni – Təhlükəsizliyin yoxlanması (Safety Check) funksiyasını elan edir.
 
Mark Zukerberq bu barədə Facebook səhifəsində yazıb.
 
“Son bir neçə il ərzində çoxsaylı qəza və böhranlar baş verib, bu isə insanlara internetə müraciət etməyə məcbur edib. Hər dəfə insanların öz yaxınlarını axtarıb, onlardan xəbər tutmaq üçün facebook-dan istifadə etdiyini görürük. Doğmalarla əlaqə hər zaman vacibdir, amma belə anlarda daha da mühüm olur.
 
Təhlükəsizliyin yoxlanması - cəmiyyətimizə qəza və ya təbii fəlakət zamanı qohumlarınıza və yaxınlarınıza sizin təhlükədən kənar olmanız barədə xəbər verilməsi üçün sadə üsuldur.
 
Bu funksiyanın yaradılmasına bizi Yaponiyada baş verən zəlzələ və sunamilər sövq edib, o zaman biz Yaponiya üçün birinci versiyanı hazırladıq. İndi isə sevinclə bildiririk ki, bu funksiyadan bütün dünyada istifadə etmək olar”, - Zukerberq qeyd edib.
Baxış Sayı: 390 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar