Home » 2014 » Oktyabr » 16 » McDonalds-la bağlı daha bir Qalmaqal
5:49 PM
McDonalds-la bağlı daha bir Qalmaqal

Dünyanın ən böyük fast fud restoran şəbəkəsindən biri olan McDonalds-la bağlı daha bir qalmaqal yaranıb. Belə ki, restoranın kanadalı müştərisi şəbəkədən aldığı kofedən çıxanı görəndə şoka düşüb. 

Ron Morais açıqlamasında daima bu restorandan kofe aldığını deyib. "Mən son qurtumu içmək üçün qəhvənin qapağını açanda şoka düşdüm. Orada siçan var idi. Daha doğrusu siçan ölüsü". 

Kanadalı gözlənilməz "sürpriz"dən sonra vəzyyətinin psiləşdiyini deyib. Belə ki, ürəyi bulanan kişinin güclü mədə-bağırsaq ağrısı da başlayıb. 

R.Morais baş verənlər barədə dərhal restoran rəhbərliyinə məlumat verib. 

Kanada McDonalds-dan verilən açıqlamada isə, belə deyilir: "Müştərimizlə danışmışıq. Məhsul üzərində araşdırmalar gedir".

(anspress)
Baxış Sayı: 391 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar