Home » 2014 » Oktyabr » 5 » Paytaxtın Bakıdan köçürülməsi ilə bağlı AÇIQLAMA
12:29 PM
Paytaxtın Bakıdan köçürülməsi ilə bağlı AÇIQLAMA

Azərbaycanda paytaxtın köçürülməsi ilə bağlı deyilən fikirlər tamamilə səhvdir.

Caspian.ucoz.com xəbər verir ki, bunu Lent.az-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib. O qeyd edib ki, paytaxtın köçürülməsi üçün konstitutsiyada dəyişiklik olmalıdır: “Konstitutsiyanı dəyişmək üçün isə referendum keçirilməlidir”.

C. Qocayevin sözlərinə görə, Bakı paytaxt olaraq resursunun 30 faizini istifadə etmir: “Bakı Azərbaycanın sərvəti bol olan ərazisidir”.

“Paytaxtda sıxlığı aradan qaldırmaq üçün nazirliklərin köçürülməsi gündəmdədirmi” sualına Dövlət Komitəsinin rəsmisi belə cavab verib: “Xeyir, gündəmdə deyil. Ancaq istəsələr, Dövlət Komitəsi nazirliklərə yer ayıra bilər”.

Şöbə müdirinin sözlərinə görə, bəzi dövlət təşkilatlarının paytaxtda yerləşməsinə ehtiyac yoxdur: “Məsələn, Azərenerji SC paytaxtda deyil, ya Şirvan şəhərində, ya da Mingəçevirdə fəaliyyət göstərməlidir. “Azəryolservis” Biləcəriyə köçürüləcək. Milorasiya və Su Təsərrüfatı ASC Ceyranbatanda da fəaliyyət göstərə bilər”.

C. Qocayev vurğulayıb ki, dövlət qurumların rayonla əlaqəli işlədiklərinə görə, rayonlardan həmin qurumlara xeyli insan gəlir: “Onların da hərəsi bir maşınla gəlir. Hesablayanda görərik ki, hər gün nazirliklərə (komitə və dövlət şirkətlərinə) rayonlardan 70 maşın gəlir”.

Dövlət Komitəsinin şöbə müdiri qeyd edib ki, əgər nazirliklər yeni əraziyə köçmək üçün yer ayrılmasını istəsələr, Komitənin layihəçiləri yer ayırarlar.

“Ali məktəblərin köçürülməsi də çox vacib bir məsələdir. Ali məktəblər üçün Qafqaz Universiteti, MDU-nun Bakı filialı kimi təhsil şəhərcikləri (kompus) yaradılmalıdır. Bu həm də Bakətrafı qəsəbələrin mədəni, intelektual inkişafına da təsir göstərər”.

Şöbə müdirinin sözlərinə görə, Təhsil Nazirliyi təhsil şəhərcikləri ilə bağlı Dövlət Komitəsinə müraciət etsə, yer ayrılar: “Ali məktəb şəhərcikləri yaratmaq üçün Böyükşor gölünün ətrafından Ələtə qədər xeyli ərazi var”

Baxış Sayı: 410 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar