Home » 2015 » Fevral » 28 » Pilotsuz təyyarəni fikrin gücü ilə idarə etmək olacaq
6:07 PM
Pilotsuz təyyarəni fikrin gücü ilə idarə etmək olacaq
 

Heç kim şübhə etmir ki, gələcəkdə insanlar yerdə avtomobillərdə yox, havada özlərinin kiçik şəxsi aparatlarında uçacaqlar. Portuqaliyalı Brainflight layihəsinin müəllifləri gələcəyin nəqliyyatı haqda təsəvvürlərimizə əlavələr ediblər: onlar özlərinin eksperimentləri çərçivəsində ilk dəfə insanın fikri ilə idarə edilən pilotsuz aparatı nümayiş etdiriblər.
Brainflight layihəsi Portuqaliyanın Tekever şirkəti tərəfindən düşünülüb və təşkil edilib, eləcə də bütün Avropadakı müxtəlif elmi və texnoloji təşkilatlar tərəfindən dəstəklənir.
Yeri gəlmişkən, hər şey Avropadan yox, Çindən başlayıb. 2012-ci ildə Çjenszyan Universitetinin mütəxəssisləri yalnız fikrin gücü ilə pilotsuz aparatı idarə etmək üçün ilk cəhd ediblər. Həm 2012-ci ildə, həm də indiki eksperimentdə aparatı idarəetmə paneli kimi EEQ (elektroensefaloqram) papağından istifadə edilib. Papaq insanın "beyin dalğalarını” hesablayan elektrodlarla təchiz edilib. Sonra xüsusi olaraq hazırlanmış alqoritm beynin işi haqda informasiyanı pilotsuz aparatı idarə etmək üçün siqnallara çevirir. Fikrin gücü plotsuz aparatın uçuş trayektoriyasını müəyyən etmək və onun sürətinə nəzarət etmək üçün istifadə edilir.
Şirkətin mətbuat xülasəsində bildirilir ki, eksperiment keçirilməzdən əvvəl müəlliflər qrupu aparatları idarə etmək ərəfəsində"pilot”lara uçuş simulyatorunda işləməyi öyrədiblər. Bu mərhələni uğurla yerinə yetirdikdən sonra mühəndislər kiçik pilotsuz aparatların fikrən idarə edilməsinin əsl səhra sınaqlarını keçiriblər.
Təbii ki, bu sistemin idarə edilməsi üçün xüsusi hazırlıq tələb olunur. Yerüstü stansiyada əyləşən pilot öz beyin siqnallarını düzgün "formalaşdırmaq” üçün bir sıra testlərdən keçməlidir.
Uçuşa nəzarət aşağıdakı qaydada həyata keçirilir: EEQ papağında olan pilot pilotsuz aparatı göstərən kiçik dairənin göründüyü monitorun qarşısında əyləşir: "sağa”, "sola”, "aşağı” və ya "yuxarıya” fikirləşərək dairəni hərəkət etməyə məcbur edir, aparat isə göstərilən trayektoriya üzrə uçmağa başlayır.
Baxış Sayı: 398 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar