Home » 2014 » Oktyabr » 12 » Şəfa anbarı mandarin
3:57 PM
Şəfa anbarı mandarin

C vitamini zəngini mandarin çox dərdə şəfa olur. İltihabları önləyən mandarin, xolesterol, ürək və xərçəngə qarşı qorunmada da həyati rol oynayır.
Movqe.az xəbər verir ki , xəstəliklərin qol gəzdiyi bu günlərdə mütəxəssislər xəbərdar etdi: "Mandarin C vitamini ilə immuniteti gücləndirər. Gündəlik bəslənmə planınızda mütləq olmalıdır."
 
Sitrus yanında mandarin çox ciddi narahatlığa qarşı təsirli olduğunu ifadə edən mütəxəssislər, bu möcüzə meyvənin faydalarını isə belə sıraladı:
 
1-İltihabların qarşısını alır:
Tərkibinə bədən sağlamlığı üçün lazımlı təbii vitaminlər də daxildir. C vitamini zəngini mandarin antioksidan təsiriylə iltihabları da önləyər.
 
2-Kiçik kəsiklərə məlhəm:
Kiçik qəzalarda yaranan kiçik kəsiklərin yaxşılaşması müddətini sürətləndirər.
 
3-Dəmir ehtiva edir:
Yeməklərdəki dəmiri əmərək bədənə faydalı hala gətirər.
 
4-xolesterola qalxan:
Mandarin bağırsaqda xolesterol sorulmasını məhdudlaşdıran pektin və hemi-sellüloza kimi liflərdən ibarətdir. Xolesterolu tarazlıqda saxlayır.
 
5-Yuxusuzluğa son:
Axşam yeməklərindən sonra yeyilən mandarin sinirləri boşaldır, rahat yatmanızı təmin edir.
 
6-Xroniki xəstəliklərin qarşısını alır:
Bir çox meyvədə olduğu kimi mandarin də bədənin ürək-damar xəstəliklərinə qarşı müqavimətini artırır. Xərçəngə qarşı qoruyar.
 
7-Dəri problemlərini aradan qaldırar:
A vitamini qaynağı mandarin sızanaq kimi dəri xəstəliklərinə dərman kimi gəlir. Yaşlanmanın əlamətlərini ortadan qaldıran bu meyvə kolajen istehsalını artırar hamar bir dəriyə sahib olmanızı təmin edər.
 
8-Saçları uzadır:
Mandarin saçların sürətli uzanmasında təsirlidir. Ayrıca saç bəyazlamasını da yavaşladar. (movqe.az)
Baxış Sayı: 396 | Əlavə edən: Elvin07 | Taglar: Movqe.az | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar