Home » 2014 » Oktyabr » 13 » Samsung-dan yeni Wi-Fi standartı
0:05 AM
Samsung-dan yeni Wi-Fi standartı

Cənubi Koreyanın Samsung korporasiyası Wi-Fi texnologiyasının 802.11ad versiyasını hazırlayıb. Şirkətin saytındakı informasiyaya əsasən, smartfon sahibləri informasiyanı artıq beş dəfə daha sürətli yükləyəcəklər.
 
 ICTnews saytı bildirir ki, 60 QHs yüksək tezlikdə işləyən yeni standart sayəsində 1 QB tutumunda filmi smartfona üç saniyədə yükləmək mümkün olacaq - şirkətdən bildirilib. Məlumatlar saniyədə 4,6 Qbit sürətlə ötürüləcək.
 
Beləliklə, bir saniyədə 575 MB məlumat yüklənəcək. Mövcud standartlar eyni müddətdə 108 MB informasiya yükləməyə imkan verir.
 
Yaxın gələcəkdə yeni texnologiyanı portativ elektron qurğularda (planşet, smartfon, həmçinin xüsusi telekommunikasiya və tibbi avadanlıq) istifadə etmək planlaşdırılır.
Baxış Sayı: 390 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar