Home » 2015 » İyul » 10 » Sizi "Facebook"da dostluqdan silənləri bu üsulla tapa bilərsiniz
2:05 PM
Sizi "Facebook"da dostluqdan silənləri bu üsulla tapa bilərsiniz


"Facebook"da sizi səssiz-sədasız dostluq siyahısından çıxaran istifadəçiləri bu tətbiq vasitəsilə asanlıqla tapa bilərsiniz.
"Facebook"da sizi dosluq siyahısından çıxaranl birbaşa olaraq görmək, təəssüf ki, mümkün deyil. Bunun üçün dostluq siyahınızı əzbərdən bilmək tələb olunur.
iOS və Android platforması üçün hazırlanan "Who Deleted Me on Facebook" tətbiqi ilə artıq hər kəs asanlıqla "Facebook"da dostluq siyahısından çıxaran profilləri həmən tapa bilərsiniz.
"Who Deleted Me on Facebook"dan necə istifadə olunur?
"Who Deleted Me on Facebook" tətbiqini telefonunuza yüklədikdən sonra "Facebook" hesabınızla daxil olun. Tətbiq giriş icazəsi verdikdən sonra sizi yoldaş siyahısından silən şəxsləri, yaxın zamanda dost etdiklərinizi və "Facebook" hesabını dondurma əməliyyatı tətbiq edən profilləri görə biləcəksiniz.
Tətbiqi yükləməzdən əvvəl sizi silən dostlarınız, təəssüf ki, görünmür. "Who Deleted Me on Facebook" tətbiqinə giriş icazəsi verdikdən sonra isə bunun asanlıqla öyrənə biləcəksiniz.
"Who Deleted Me on Facebook" tətbiqini iOS üçün buradan və Android üçün buradan pulsuz olaraq yükləyə bilərsiniz. (ölkə.az)
 

iOS link : https://itunes.apple.com/ie/app/who-deleted-me-on-facebook/id987082003

Android link : https://play.google.com/store/apps/details?id=com.themediadudes.whodeletedme.app

 
Baxış Sayı: 462 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar