Home » 2014 » Oktyabr » 15 » “Skype”dan “WhatSapp”a ağır zərbə
0:49 AM
“Skype”dan “WhatSapp”a ağır zərbə

"Skype" yeni mesajlaşma tətbiqi "Skype Qiki" istifadəyə verib. Şirkət istifadəçilərin mətn əvəzinə qısa video mesaj vasitəsi ilə ünsiyyət qurmağına imkan yaradan yeni bir tətbiq hazırlayıb.
 
Əslində, video söhbət digər tətbiqlərdə də var. Ancaq, "Skype Qik" tətbiqində bu xidmət daha da inkişaf etdirilib və daha sürətli bir ünsiyyət qurmağa imkan verir. 
 
"Qik"in interfeysi "Skype"dan daha fərqli görünür, ancaq, eyni hissi verir. Tətbiq "Skype"da olduğu kimi qrup söhbətlər qurmağa da imkan verir. 
 
Bundan başqa, ios və Android variantları olan "Qik Flik" telefonunuzdan digər istifadəçilərə beş saniyəlik sürətli video göndərməyinizə imkan yaradır.(anspress.com)
Baxış Sayı: 411 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar