Home » 2014 » Oktyabr » 3 » Təqaüd alacaq tələbələr
3:00 PM
Təqaüd alacaq tələbələr

Təhsil naziri Mikayıl Cabbarov "Pedaqoji kadr hazırlığı aparılan alı təhsil müəssisələrinin müəllimlik ixtisaslarına yüksək balla qəbul olunmuş tələbələr üçün Təhsil Nazirliyinin məqsədli təqaüdünün təsis edilməsi barədə” əmr imzalayıb.
 
Movqe.az-ın Təhsil Nazirliyinə istinadla verdiyi məlumata görə, "Gələcəyin müəllimi təqaüdü”nün təsis edilməsi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq peşəkar bilik və kompetensiyalara malik pedaqoji kadrların hazırlanmasına xidmət edir.
 
Təqaüd 100 manat məbləğində olmaqla Azərbaycanda pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən 300 tələbəyə şamil olunur.
Baxış Sayı: 505 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar