Home » 2015 » Fevral » 10 » Whatsapp Facebookla birləşir
8:58 PM
Whatsapp Facebookla birləşir

Mesajlaşma xidmətindən "Facebook"la istifadə etmək mümkün olacaq.

 

Son zamanlar dünyanın ən məşhur mesajlaşma proqraamlarından olan "Whatsapp"dan daha bir yenilik.

Movqe.az-ın məlumatına görə, artıq milyonlarla istifadəçisi olan "WhatsApp" və "Facebook"dan birlikdə istifadə etmək olacaq. Necə?

Yeni xidmət "WhatsApp"a "Facebook" vasitəsilə giriş imkanı yaradacaq. İstifadəçilər alpha.whatsapp.com saytında qeydiyyatdan keçməklə "Facebook" profilinə girərək avtomatik "WhatsApp"a bağlanacaqlar.

Bu sayədə onlar eyni anda həm "Facebook"a gələn xəbərləri, qeydləri, mesajları görə, həm də "WhatsApp" yazışmalarını izləyə biləcəklər.

Bu, "Facebook"un "WhatsApp"ı satın aldıqdan sonra iki tədbiqi bir-birinə bağlayan ən böyük yeniliklərindən olacaq.

Baxış Sayı: 462 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar