Home » 2015 » Yanvar » 25 » WhatsApp işlədənlərin nəzərinə
1:45 PM
WhatsApp işlədənlərin nəzərinə

İtaliyanın Zeromobile operatoru WhatSim SIM kartının anons edib, onun köməkliyi ilə ildə 10 avroya istənilən həcmdə mətn məlumatları ilə dünyanın 150 ölkəsində bölüşmək olacaq. WhatSim sim kartı 150 ölkədə 400-dən çox operator şəbəkəsində işləyəcək.

 
WhatSim layihəsini Zeromobile təsisçi 38 yaşlı italyan sahibkar Manuel Zanello düşünüb. Zanello Zeromobile mövqeyini “ilk ümumdünya mobil operatoru” kimi qeyd edib, WhatSim isə məşhur messencer WhatsApp istifadə etməyə imkan verir. Zanello WhatSim-i ona görə düşünüb ki, çünki onun kontaktlarının 90%-i bu messencerdən istifadə edir. “Hazırda- WhatsApp günləridir”,- deyə Zanello bildirib.
 
WhatSim sahibləri ildə 10 avroya Whatsapp köməyi ilə istənilən miqdarda mətn ismarıcları, GPS koordinatlar və ya öz telefon kitabçasından kontaktlar yollaya və ala biləcəklər. Digər kontentlə mübadilə baha başa gələcək: məsələn, Rusiya, Avropa İttifaqı ölkələri, Türkiyə, ABŞ və Tailandda fotoların göndərilməsi və ya qəbulu 0,10 avro, video- 0,50 avro, səsli ismarıclar- 0,025 avro. Zaqafqaziya ölkələri və ya Çində fotoların ötürülməsinin qiyməti 0,375 avro təşkil edir, Hindistanda 0,7 avro, İraqda və Mərakeşdə 1 avrodur.
 
WhatsApp ən məşhur mobil messencerlərdən biridir. O, mobil qurğular sahiblərinə ismarıc, şəkil, videoçarx və səs faylları mübadiləsinə imkan verir. Yanvarda WhatsApp istifadəçi bazası 700 milyon nəfəri ötüb. 2014-cü ilin fevralında xidməti Facebook sosial şəbəkəsi startaplar üçün rekord qiymətə 19 milyard dollara əldə edib.//SalamNews
Baxış Sayı: 415 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar