Home » 2015 » Yanvar » 10 » Yeni Spartan Göründü
3:53 PM
Yeni Spartan Göründü

Microsoftun yeni veb brauzeri "Spartan"a aid olduğu iddia edilən ekran görüntüsü, internetdə yayımlanıb.
 
"Internet Explorer"in yerinə keçməsi gözlənilən Spartana aid ekran görüntüsü, BGR tərəfindən paylaşılıb. Şəkildə minimal dizayna,  böyük düymələrə sahib bir pəncərədə Facebookun internet saytının açıq olduğu müşahidə edilir. Düymələrin altında nəyə lazım olduğunu izah edən hər hansı bir mətn yoxdur. Geri və irəli getməyi təmin edən ok düymələri isə digər brauzerlərdəkindən fərqli bir şəkildə, ünvan çubuğunun soluna və sağına yerləşdirilib.
 
BGR-in qaynağına görə bu görüntü, Spartanın noyabrda tamamlanan köhnə versiyasına aiddir. Eyni qaynaq, veb skanerinin səslə idarə edilə biləcəyini söyləyir. 
Baxış Sayı: 358 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar