“Samsung Electronics” şirkəti Kaliforniyada keçirilmiş “Flash Memory Summit” tədbirində bazarda mövcud olan ən tutumlu (2.5 düym form--faktorunda 15 TB) sərtgövdəli daşıyıcını təqdim edib. |
Növbəti nəsil “iPhone” smartfonu “Force Touch” ekranı, “A9” prosessoru və təkmilləşdirilmiş kamera ilə təchiz ediləcək. |
|
Microsoft şirkəti "Productivity Future Vision" layihəsi çərçivəsində bizim gələcəyimizin necə olacağına dair baxışını dünyaya göstərib. Belə ki, yüksək texnologiyalar artıq 5-10 il sonra həyatımızı tam dəyişdirə bilər. (Bizimyol)
|
“Google” şirkəti “3D” kameraya malik “Project Tango” planşetini satan ölkələrin siyahısını genişləndirib. Cari ilin mayında ABŞ bazarına çıxarılmış aparat bu gündən etibarən Kanada və Cənubi Koreyada satılır. |
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyimiz məlumata görə, yeni versiyanın əsas üstünlüklərindən biri səsin tanınması və mətn şəklinə çevrilməsi imkanı olub. |
|
Bəşəriyyət parollardan tamamilə imtinaya çox yaxındır. İndi smartfonlarda barmaq izi üzrə identifikasiya tətbiq edilir və skanerlər daim təkmilləşdirilir. Hollandiyanın "ING" bankı öz müştərilərinə daha sadə üsul təklif etməyə qərar verib. Belə ki, onlar proqramda avtorizasiyadan keçmək üçün parol, barmaq izi əvəzinə öz səslərindən istifadə edəcəklər. |
ABŞ-ın “Apple” şirkəti “Siri” virtual köməkçisi əsasında işləyən səsli poçt üzərində sınaq işlərini yekunlaşdırır. “Business insider” portalı yazıb ki, yeni xidmət artıq 2016-cı ildə istifadəyə verilə bilər. |
"Alcatel" ticarət markası "OneTouch Conquest" ucuz modelini təqdim etməklə smartfon çeşidini genişləndirib. Yeni cihaz dördüncü nəsil şəbəkəsini dəstəkləyir, su və toza qarşı dayanıqlıdır. |