9:47 PM Dünyanın ən çox satılan smartfonları bəlli olub | |
![]() "ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “Counterpoint” şirkəti istehlakçıların üstünlük verdiyi telefonları müəyyənləşdirib. Mənbənin saytında yazılıb ki, “iPhone 6” və “iPhone 6 Plus” əç çox satılan smartfon olub. Aparatlar 2014-cü ilin sentyabrında satışa çıxarılıb, 4,7 və 5,5 düymlük ekran, ikinüvəli “A8” prosessoru və 1 QB əməli yaddaşla təchiz edilib. Ən çox satılan smartfonların reytinqində üçüncü və dördüncü pillədə “Samsung” şirkətinin “Galaxy S6” və “Galaxy S6 edge” aparatları qərarlaşıb. Beşinci pilləni “Apple iPhone 5s” tutub. Çinin “Xiaomi Mi Note” aparatı altıncı pilləni tutub. | |
|
Bütün şərhlər: 0 | |