Home » 2015 » Aprel » 2 » Facebook-la bağlı böyük qalmaqal
9:39 PM
Facebook-la bağlı böyük qalmaqal


Dünyanın ən populyar sosial şəbəkəsi Facebook-la bağlı yeni "sir"lər faş olub.
Ekspertlərin dediklərinə görə, istifadiçilərdən hər hansı biri sosial şəbəkədəki profilini bağlayaraq akkauntunu ləğv edəndən sonra belə, Facebook onu izləməyə davam edir.
 
Sosial şəbəkədə istifadəçinin qeydiyyatda olduğu zaman onun smartfonu, noutbuku, planşeti və ya kompüterinin yaddaşına yeritdiyi "cookie" fayllar vasitəsilə həmn şəxsin internetdəki "hərəkət"lərini izləyir, hansı saytlara daxil olduğunu müəyyənləşdirir və s.
 
Milli.Az Gizmodo-ya istinadən bildirir ki, 1,2 milyarda yaxın istifadəçisi olan Facebook-da təhlükəsizlik sistemində dəyişikliklər edildiyi vurğulansa da, izlənmə və güdülmə ilə bağlı heç bir faktiki dəyişiklik yoxdur.
 
Belçikadakı Brüssel və Leven Universitetlərinin alimlərinin apardıqları araşdırmaların nəticələri belədir.
Onların hazırladıqları birgə hesabatda bildirilir ki, Facebook.com saytına bircə dəfə daxil olmaq sonradan istifadəçini izləyəcək "cookies" fayllarının yüklənməsinə bəs edir.
 
"Hətta sosial şəbəkədə qeydiyyata düşməyən və Facebook-dan istifadə etməyən şəxslər belə, izlənirlər. Facebook rəhbərliyi bunu həmişə və hər yerdə inkar etsə də, faktlar əksini göstərir. İzlənmə Facebook-un mobil telefonlar üçün nəzərdə tutulmuş mobil proqramlarla əlavələrində xüsusilə intensivdir", - hesabatda deyilir.
 
Hesabat müəlliflərindən biri Güneş Akarın dediklərinə görə, araşdırmanın nəticələri Avropa Birliyinin müvafiq komissiyasına təqdim olunacaq. Məqsəd Facebook-un internet istifadəçilərinin konfidensiallıq hüquqlarını kobud şəkildə pozması ilə bağlı genişmiqyaslı araşdırmalara başlamaqdır.
Hesabatın digər müəllifləri Renate Samson və Rob Heyman isə "Big Brother Watch" adlı qrup yaradaraq Facebook-un qanun pozuntuları ilə bağlı kampaniyaya başlanacağını vurğulayıblar.
 
Xatırladaq ki, Avropa Komissiyası Safe Harbour sazişinin Avropa istifadəçilərinin ABŞ şirkətlərinin ölkələrinə ötürdükləri fərdi məlumatlarının məxfiliyinə zəmanət verə bilməməsini bəyan edib. Komissiya nümayəndələri Avropa İttifaqı (Aİ) sakinlərinə fərdi informasiyalarını ABŞ xüsusi xidmət orqanlarından qorumaq üçün Facebook sosial şəbəkəsindəki akkauntlarını bağlamağı təklif ediblər.
 
Bəyanat Avstriya hüquq müdafiəçisi Maksimilian Şremsin Facebook-a qarşı qaldırdığı iddia ilə bağlı keçirilən məhkəmə dinləməsində verilib. Avstriyalı hüquq müdafiəçisi ABŞ sosial şəbəkəsini Avropa istifadəçilərinin vətəndaş hüquqlarını pozmasını hesab edən "Europe vs Facebook" fəallar qrupunun iştirakçısıdır. Prosesdə həmçinin Apple, Microsoft və Yahoo! şirkətlərinə qarşı iddia qaldırılıb.
 
M.Şremsin sözlərinə görə, Avropada fəaliyyət göstərən şirkət, Safe Harbour sazişinə əsasən, istifadəçilərin fərdi məlumatlarını ABŞ-a ötürməməlidir. Avropa Komissiyası ötürülən məlumatın məxfiliyinə zəmanət verə bilməz. Avropa Parlamentində yenidən sazişin ləğv edilməsinə çağırışlar edilir. Məhkəmə dinləməsinin iyunun 24-də davam etdirilməsi gözlənilir.
 

 

Baxış Sayı: 379 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar