Hal-hazırda ev deyildiyində ağılımıza ümumiyyətlə betonlardan meydana gəlmiş böyük strukturlar gəlir. Ancaq Nice Architects şirkəti bu mövzuda düşüncələrinizi dəyişdirəcək bir məhsul inkişaf etdirib.
Şirkətin inkişaf etdirdiyi Ecocapsule adındakı "mikro" evlər xüsusilə yumurtanı xatırladan bir dizayna sahib olması, öz enerjisini çıxara bilməsi və daşınabilən olması ilə diqqət çəkib. Ortalama olaraq günəş enerjisi panelindən 600W və üzərindəki kiçik külək tribünündən isə 750W enerji çıxara bilən Ecocapsule, sonradan istifadə etmək üzrə yağış suyunu yığmaq kimi əlavə xüsusiyyətlərə də sahibdir. Əldə edilən enerjinin saxlanılması da, gecə saatlarında və ya külək olmayan zamanlarda istifadə edilməsi də, diqqət çəkən başqa bir detaldır.
Həqiqətən kiçik ölçülərə sahib ev (4.5 metr uzunluq, 2.25 metr eni və 2.5 metr yüksəklik) buna baxmayaraq içərisində vanna otağı, mətbəx, yataq, iş masası və iki ədəd (biri içəridən biri çöldən əlçatan) saxlama sahəsinə sahibdir. Bir adamın yaşayacağı şəkildə hazırlanmış bu evin xüsusilə daxili və xarici dizaynı olduqca futuristik görünür.
Şirkət hələ evlərin qiymətlərini açıqlamayıb, ancaq ön sifarişlərin 2015-ci ilin son dövrlərində başlayacağı bildirilib. Slovakiyada çıxarılacaq evlərə sahib olmaq istəyən istehlakçılar daşıma xərclərini də qarşılamalıdır. Nümunə olaraq ABŞ-dan sifariş verən bir adamın orta hesabla 2400 dollarlıq bir nəqliyyat xərci ödəməsi lazım olduğu ifadə edilib.
(Mövqe.az)
|