11:39 PM YouTube artıq çatdırmır | |
Google internet şirkətinin nümayəndəsi etiraf edib ki, YouTube videohostinqinin məzmununun böyük həcmi bütün ekstremist çarxların effektiv filtrasiyasına imkan vermir. Bu haqda Googleun meneceri Veriti Xardinqin Avropa Parlamentindəki bəyanatına istinadən Associated Press yazıb.
Xardinq bildirib ki, hər dəqiqə YouTube videohostinqinə təxminən 300 saatlıq məzmun yüklənir. Bu, terrorizmlə bağlı çarxların axtarışını çətinləşdirir.
Bizim Yol ICTnews-a istinadən bildirir ki, Avropa İttifaqının terrorçuluğa qarşı qurumunun rəhbəri hesab edir ki, Avropa ölkələrindən ekspertlərin cəlb edilməsi yolu ilə internet şirkətlərinə ekstremist məzmunun yayılması riskini azaltmağa kömək etməyin vaxtı çatıb.
Biz bu işdə şirkətə kömək etməli, neqativ məzmun haqda məlumat verməliyik. Hər bir dövlət xüsusi öyrədilmiş insanlardan ibarət quruma malik olmalıdır - Cilles de Kerçove deyib.
Qeyd edək ki, YouTube istifadəçiləri saytın siyasətini pozan çarxlar haqda administratorlara məlumat verə bilərlər. Bundan sonra bu məlumat Googleun əməkdaşları tərəfindən öyrənilir.
| |
|
Bütün şərhlər: 0 | |