Home » 2014 » Noyabr » 5 » Dünyanın ən möhtəşəm Gəmisi "Royal Caribbean"
8:42 AM
Dünyanın ən möhtəşəm Gəmisi "Royal Caribbean"

ABŞ-da Royal Karibian şirkəti dünyanın ilk smart gəmisi adlandırılan “Dənizlərin Kvantı” ictimaiyyətə təqdim edib.

Ağıllı böyük gəmi 4 mindən çox qonaq qəbul edə bilir. Gəmidə istifadəyə verilən avanqard bar Dənizlərin Kvantının ən çox maraq doğuran bölməsi olub.

Belə ki, burada müştəriyə xidmət edən barmenlər, insan deyil, "Beşinci Element" fantastik filmində olduğu kimi robotlardır. Əl formasında olan 2 robot həqiqi barmenin hərəkətlərini təkraralayaraq, ondan heç də geri qalmır, 31dən çox spirtli içki, 8 şirə, şirələrlə müxtəlif, dəqiq tərkibli kokteyllər hazırlayır.

Gəminin belə demək olarsa, digər “fişkası” onun rəqs edə bilən ekran robotlarıdır. Bundan başqa gəminin digər atraksiyonlarına 100 metrə yaxın hündürlüyə qədər ucalmış müşahidə qülləsi, həmçinin sürfinq və paraşutla tullanma simulyatorları daxildir.

Ancaq şirkətin prezidenti Adam Qoldşteynə görə səyahət gəmiçiliyi tarixində yeni səhifə açan bu atraksionlar və robotlar deyil, müasir qurğulara asan qoşula bilmə üstünlüyüdür.

Smart cihazlara yazılan tətbiqlər və müştərilərə təqdim olan texnologiyalar sayəsində, müştəri dəniz səyahətini öz istəyinə uyğun şəkildə tənzimləyə və idarə edə bilir.

Dünyanın ilk smart gəmisi gələn ilin may ayında Şanxay hava limanına yollanacaq və daha sonra Bahama və Karib dənizi sularında ilk kruiz mövsümünə start verəcək.

Baxış Sayı: 434 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar