Home » 2014 » Noyabr » 02

Dell şirkəti Venue 8 7000 Android planşeti buraxmaq niyyətində olduğunu elan edib.

Planşetin qiyməti 499 dollar təşkil edəcək. Onun əsas xüsusiyyəti isə həcmli təsvirlər çəkməyə imkan verən quraşdırılmış Intel RealSense 3D kamera ilə təchiz edilməsidir.
... Davamını oxu

Baxış Sayı: 484 | Paylaşan: cosqun07 | Vaxt: 02-11-2014 | Şərhlər (0)

Qoşunların təmas xəttində düşmənin diversiya-təxribat cəhdlərinin qarşısını alarkən yaralanan, sonradan müalicəsini davam etdirmək üçün Türkiyəyə yola salınan hərbçilərdən Əsgərov Elvin Mayıl oğlu bu gün Bakıya gətirilib. 
Türkiyədə müalicəsi başa çatan Elvin Əsgərovu Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri, əsgərin yaxınları qarşılayıb. Elvin Əsgərov hazırda özünü yaxşı hiss etdiyini deyir.   
Baxış Sayı: 394 | Paylaşan: Elvin07 | Vaxt: 02-11-2014 | Şərhlər (0)

Azərbaycanlı alim, Nyu-York Akademiyasının həqiqi üzvü Eldar Qasımov elmdə inqilabi kəşf etdiyini iddia edir. caspian.ucoz.com ANS PRESS-ə istinadən məlumatına görə, Moskvada yaşayan azərbaycanlı alim hüceyrədə baş verən ATF-in əmələgəlmə prosesinin elmə məlum olduğu formada deyil fərqli şəkildə baş verdiyini deyir. Onun sözlərinə görə, onun kəşf elədiyi prosesi tətbiq edərək gələcəkdə insan orqanizmində yaranan müxtəlif xəstəliklərin dərmanının tapılması yolunda irəliləyiş əldə etmək mümkündür. 
 
Baxış Sayı: 391 | Paylaşan: Elvin07 | Vaxt: 02-11-2014 | Şərhlər (0)