Home » 2014 » Noyabr » 2 » Türkiyədən Qayıdan Əsgərimiz Danışdı
5:00 PM
Türkiyədən Qayıdan Əsgərimiz Danışdı

Qoşunların təmas xəttində düşmənin diversiya-təxribat cəhdlərinin qarşısını alarkən yaralanan, sonradan müalicəsini davam etdirmək üçün Türkiyəyə yola salınan hərbçilərdən Əsgərov Elvin Mayıl oğlu bu gün Bakıya gətirilib. 
Türkiyədə müalicəsi başa çatan Elvin Əsgərovu Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri, əsgərin yaxınları qarşılayıb. Elvin Əsgərov hazırda özünü yaxşı hiss etdiyini deyir.   
 
“Türkiyədə müalicə aldım, indi özümü yaxşı hiss edirəm. Bizə diqqət göstərən hər kəsə, xüsusən prezident, Ali Baş Komandan  İlham Əliyevə təşəkkürümü bildirirəm. Mən vətənim yolunda yaralanmışam. Bundan sonra lazım olarsa, vətənim üçün canımdan keçməyə hazıram”. 
 
Elvin  Əsgərov müayinəsinin Bakıda davam etdiriləcəyini bildirib. 
 
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun isə Azərbaycan əsgərlərinin müayinə olunmaq üçün Türkiyəyə aparılmasının böyük bir məsuliyyət olduğunu, Türkiyə dövlətinin bu vəzifənin öhdəsindən layiqincə gəldiyini bildirib.
 
“İstəyimiz belə hadisələrin bir daha yaşanmaması, Azərbaycanın illərdir sürən işğal vəziyyətinin sona yetməsi, bölgədə sabitliyin həyata keçirilməsi və bu cür gənc insanların döyüşmək əvəzinə öz vətənlərində iqtisadiyyatda və sosial həyatlarında qüvvələrini göstərməkdir. Lakin bunu da bilmələri lazımdır ki, əgər vətən torpaqlarını işğal etmək istəyən düşmən varsa,  onlar qarşılarında belə igid oğulları görəcəklər”. 
 
Qeyd edək ki, düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlər Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da müalicə üçün Türkiyəyə yola salınmışdı. 
 
Əsgərlərin müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) üzərinə götürüb.(apa tv)
 
Baxış Sayı: 395 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar