Home » 2015 » İyun » 07


“Google” şirkəti “Project Soli” texnologiyasını təqdim edib. Yeni çip sayəsində insanın onu əhatə edən müasir elektron qurğuları idarə etməsi daha sadə olacaq
“Project Soli” mikroçipi smartfon, qolbaq, saat və ya planşet kimi daşına bilən qadjetlərə quraşdırılır.
Həmin qurğu insan əlinin ən kiçik hərəkətini belə tanıya bilir. Qəbul olunan siqnal bu jestlə müəyyən edilmiş əmrə çevrilir.
“Project Soli”nin qadjetə quraşdırılması üçün proqram təminatı tərəfindən tanınması tələb olunur. (ict.az)
 

Baxış Sayı: 425 | Paylaşan: Elvin07 | Vaxt: 07-06-2015 | Şərhlər (0)


“Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı  tələb  olunan şərtlərin təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.
APA-nın məlumatına görə, artıq rabitə vasitələrinin satışı və istifadəsi zamanı  tələb  olunan şərtlərə operatorlarla bərabər, onların diler və distribüterləri də əməl etməlidir.
Dəyişikliyə əsasən telefon nömrələrinin (sabit, mobil) operatorların şəbəkəsində aktivləşdirilməsi, ərizəçiyə dair məlumatlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) üzərindən, fiziki şəxslər üçün “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi”, hüquqi şəxslər üçün isə Elektron Hökumət Portalına qoşulmuş informasiya sistemləri vasitəsilə identifikasiya edilərək “Rabitə müəssisələri (opera ... Davamını oxu

Baxış Sayı: 490 | Paylaşan: Elvin07 | Vaxt: 07-06-2015 | Şərhlər (0)