Bəşəriyyət parollardan tamamilə imtinaya çox yaxındır. İndi smartfonlarda barmaq izi üzrə identifikasiya tətbiq edilir və skanerlər daim təkmilləşdirilir. Hollandiyanın "ING" bankı öz müştərilərinə daha sadə üsul təklif etməyə qərar verib. Belə ki, onlar proqramda avtorizasiyadan keçmək üçün parol, barmaq izi əvəzinə öz səslərindən istifadə edəcəklər.
"mail.ru" saytına istinadən bildirir ki, sözügedən funksiya artıq mobil proqramın həm "Android", həm də "iOS" versiyasında əlçatandır. Funksiya "Inge" virtual səs köməkçisinə quraşdırılıb.
Şirkət iddia edir ki, səsli identifikasiya standart şifrələmə sistemlərindən daha etibarlıdır. Belə funksiya ilə təchiz edilmiş sistemi aldatmaqla bağlı uğursuz cəhdlər proqram təminatının sonrakı təkmilləşdirilməsi üçün yaddaşa yazı
...
Davamını oxu