“Google” şirkəti “3D” kameraya malik “Project Tango” planşetini satan ölkələrin siyahısını genişləndirib. Cari ilin mayında ABŞ bazarına çıxarılmış aparat bu gündən etibarən Kanada və Cənubi Koreyada satılır.
26 avqustdan etibarən isə Danimarka, Finlandiya, Fransa, Almaniya, İrlandiya, İtaliya, Norveç, İsveç, İsveçrə və Böyük Britaniyada satışa çıxarılacaq.
“hitech.vesti.ru” saytına istinadən bildirilir ki, “3D” planşetini “Google Store” internet mağazasından 512 dollara sifariş etmək olar. Hər bir şəxs sözügedən qurğunu satın ala bilər, lakin “Project Tango” eksperimental qurğu olduğundan, ilk növbədə istehsalçılar üçün nəzərdə tutulub.
Planşet “NVIDIA Tegra K1” prosessoru
...
Davamını oxu